Futbol üzrə Yunanıstan çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
Pirey təmsilçisi doğma meydanda “İonikos”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 3:1.
3 turdan sonra 7 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.