Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Oberhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb, 38-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
“Şalke”nin ikinci komandası 7 turdan sonra 10 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.