“Barselona”nın hücumçusu Robert Levandovskinin İspaniya La Liqasının 4-cü turu çərçivəsində baş tutan “Sevilya” ilə matçda (3:0) vurduğu qol əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, polşalı futbolçu “Barselona”nın heyətində keçirdiyi ilk dörd oyunda beşinci qolu vuraraq, La Liqada Kristiano Ronaldo (“Real”, 5) və Radamel Falkaonun (“Atletiko”, 5) uğurunu təkrarlayıb.

Bu üç futbolçudan başqa, 21-ci əsrdə İspaniya La Liqasının ilk dörd oyununda bu qədər qol vurmağı bacaran oyunçu olmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp