“Kəpəz” klubunun yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib. Mərasimdə klub nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.

50 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanılıb.
Tərlan Əhmədova məşqçilər korpusunda Ədahim Niftəliyev, Ceyhun Tanrıverdiyev, Vidadi Rzayev və Nadir Şükürov kömək edəcək.

Təqdimat mərasimindən sonra təcrübəli mütəxəssis futbolinfo.az saytının əməkdaşının suallarını cavablandırıb. Əhmədov ilk işinin komandanı qara zolaqdan çıxarmaq və qarşıdakı turda baş tutacaq “Turan Tovuz”la oyuna hazırlamaq olduğunu bildirib.

Əhmədov saytımız vasitəsi ilə gəncəli futbol azarkeşlərinə də səslənib. O, futbol fanatlarına komandaya qarşıdakı oyunlarda dəstək olmalarını və komandaya güvənmələrini xahiş edib.
Qeyd edək ki, “Kəpəz” klubunun öncəki baş məşqçisi Yaşar Vahabzadə və məşqçilər korpusu bir müddət öncə istefaya göndərilib. “Kəpəz” ilk 5 turda çempionatda xal toplaya bilməyib və turnir cədvəlinin sonuncusudu.

BƏHRUZ MUSAYEV, Gəncə

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp