Fransa çempionatında 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu gündə 7 qarşılaşma baş tutub.

“Brest” – “Strasburq”, “Reyms” – “Lans” və “Trua” – “Renn” matçlarında eyni hesablı (1:1) heç-heçə qeydə alınıb. “Klermon” isə “Tuluza”nı məğlub yola salıb. “Lill” səfərdə “Monpelye”ni, “Loryan” “Ayaçço”nu, “Monako” isə “Nitsa”nı üstələyib.

6 turdan sonra PSJ və Marsel “Olimpik”i 16 xalla şərikli liderdirlər. 3-cü pillədəki “Lans”ın 14 xalı var. Lion “Olimpik”i 13 xalla 4-cüdür. “Lill” və “Loryan”ın hesabında 10 xal var. “Monako” 8 xalla 10-cu pillədə qərarlaşıb.

Fransa, Liqa 1
6-cı tur

3 sentyabr

Oser – Olimpik (Marsel) 0:2
Qol: Jerson, 8. Sançes, 84.

Olimpik (Lion) – Anje 5:0
Qol: Toko-Ekambi, 31; 59. Lyakazett, 38. Lyukeba, 62. Dembele, 88.

Nant – PSJ 0:3
Qol: Mbappe, 18; 54. Mendeş, 68.

4 sentyabr

Monpelye – Lill 1:3
Qol: Vahi, 20 – David, 41; 90+4. A.Qomes, 57.

Ayaçço – Loryan 0:1
Qol: Outtara, 51.

Brest – Strasburq 1:1
Qol: Melu, 6 – Ayorke, 28.

Klermon – Tuluza 2:0
Qol: Qonalon, 46. Çam, 90+5.

Reyms – Lans 1:1
Qol: Baloqun, 71 – Openda, 82.

Trua – Renn 1:1
Qol: Uqbo, 14 – Santamariya, 48.

Nitsa – Monako 0:1
Qol: Embolo, 69.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp