“Sabah” məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.

Futbolinfo.az xəbər verir ki, Murad Musayevin yetirmələri Misli Premyer Liqasının 5-ci turunda “Səbail”lə qarşılaşıb.

Mövsümün startında ardıcıl 4 qələbə qazanan “Sabah” ilk xal itkisi ilə üzləşib – 0:0.

Paytaxt klubu ötən çempionatın son 5 oyununda da uduzmayıb. Sonuncu dəfə ötən mövsümün 23-cü turun aprelin 16-dakı səfər görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzan Musayevin komandası yenilməzliyini 10-a çatdırıb. Bakılılar tarixinin ən uğurlu seriyası zamanı 6 qələbə qazanıb və 4 heç-heçə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp