“Sabah” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Futbolinfo.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan Aleksey Kaşuk icarəyə götürülüb.

Ukraynalı oyunçu cari mövsümün sonunadək “Sabah”da çıxış edəcək.

Aleksey Kaşuk 2021/2022 mövsümündə də icarə əsasında “Sabah”da çıxış edib. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb və 2 qolla yadda qalıb.

2ec74b74 6958 4a8c 8e60 7a687c3710f6 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp