Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçirilib.
E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi”ni sınağa çəkib. Azərbaycanlı futbolçunun sonadək ehtiyatda qaldığı matçda komandası güclü rəqibini 1:0 hesabıyla məğlub etməyi bacarıb. Qrupun digər matçında “Zalsburq”un qonağı olan “Milan” ilk oyundan 1 xalla ayrılıb.
F qrupunda turnirin son qalibi İspaniya “Real”ı Şotlandiyada “Seltik”lə qarşılaşıb və darmadağına sevinib. Donetsk “Şaxtyor”u isə Almaniyada yerli “Leypsiq”i böyük hesabla məğlub edib.
G qrupunda İngiltərənin “Mançester Siti” komandası İspaniyada “Sevilya”nın qonağı olub və 4 cavabsız qola sevinib. Dortmund “Borussiya”sı da “Kopenhagen”i 3 cavabsız qolla yenib.
Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutub. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbə qazanıblar. “Benfika” da Portuqaliyada Hayfa “Makkabi”sini 2 cavabsız qolla yenib.
İlk turun digər 8 matçı sentyabrın 7-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr
E qrupu
Dinamo (Zaqreb, Xorvatiya) – Çelsi (İngiltərə) 1:0
Qol: Orşiç, 13.
Zalsburq (Avstriya) – Milan (İtaliya) 1:1
Qol: Okafor, 28 – Salemakers, 40.
F qrupu
Leypsiq (Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:4
Qol: Simakan, 57 – Şved, 16; 58. Mudrik, 76. Traore, 85.
Seltik (Şotlandiya) – Real (İspaniya) 0:3
Qol: V.Junior, 56. Modriç, 60. Hazard, 77.
G qrupu
Borussiya (Dortmund, Almaniya) – Kopenhagen (Danimarka) 3:0
Qol: Roys, 35. Gerreyro, 42. Bellingem, 83.
Sevilya (İspaniya) – Mançester Siti (İngiltərə) 0:4
Qol: Haland, 20; 67. Foden, 58. R.Dias, 90+2.
H qrupu
PSJ (Fransa) – Yuventus (İtaliya) 2:1
Qol: Mbappe, 5; 22 – Makkenni, 53.
Benfika (Portuqaliya) – Makkabi (Hayfa, İsrail) 2:0
Qol: R.Silva, 50. Qrimaldo, 54.