Futbol üzrə Almaniya millisinin və “Bayern” klubunun sabiq müdafiəçisi Holger Badştuber karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, o, 33 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Batştuber “Bayern”in yetirməsidir. O 2017-ci ilə qədər məhz bu klubun formasını geyinib. “Şalke”, “Ştutqart” və “Lutsern”in də uğurları üçün çalışmış müdafiəçi, Almaniya yığmasının heyətində 31 oyuna çıxıb və 1 qolla yadda qalıb.