“Kəpəz”in Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdiyi oyun Gəncə klubu üçün tarixi hadisə ilə əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, komandanı məşqçi kimi meydana çıxaran Xaliq Mərdanov oğlu Zahid Mərdanovu ikinci hissədə oyuna buraxmaqla ilki gercəkləşdirib.

Belə ki, Gəncə futbolunun tarixində ilk dəfə olaraq yerli futbol məktəbinin yetirməsi olan bir futbolçu elitada atasının rəhbərliyi altında oyun keçirib.

Xatırladaq ki, “Kəpəz” bu oyunda Ağdam klubuna 0:1 hesabıyla məğlub olub.

Shares: