Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.

Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət – red) olub.

Shares: