İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba diz qapağından əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, bunu fransalı futbolçu sosial şəbəkə hesabında yazıb:

“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalıb meydana qayıtmaqdır. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm. Psixoloji cəhətdən bütün çətinliklərə, travmalara və digər problemlərə baxmayaraq, yaxşıyam. Biz ancaq irəliləyirik”.

İlkin məlumata görə, 29 yaşlı yarımmüdafiəçi 6 həftə oyunlarda iştirak etməyəcək.

Xatırladaq ki, Poqba bu yay “Mançester Yunayted”dən ayrılaraq sabiq komandası “Yuventus”a keçib.

Shares: