Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var. Görüşü səbirsizliklə gözləyirik. Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik”.
Sabah “Europe Park” stadionunda keçiriləcək “Frayburq” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.