“Qarabağ”ın yarımmüdafiəçisi Marko Veşoviç Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Frayburq”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Almaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq. Rəqibi yaxşı analiz etmişik. Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik. Kollektivdə yaxşı abu-hava var. Rəqib Almaniya Bundesliqasında birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq”.