“Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədov işə futbolçular üzərində nəzarəti gücləndirməklə başlayıb. O, Yaşar Vahabzadənin vaxtında yaşanan xaosu aradan qaldırmaq üçün ilk addımı atıb.

Futbolinfo.az xəbər verir ki, Əhmədov iki gün öncə məşqdən qovduğu Rauf Əliyevi əvəzedici heyətə göndərib. Zatən cəzalı olduğu üçün qarşıdakı turlarda gəncəlilərə kömək etməyəcək hücumçu, bir müddət ikinci komandanın düşərgəsində olacaq.

Shares: