Region Liqasında növbəti mövsümündə iştirak edəcək komandalar artıq yavaş-yavaş müəyyənləşir. Yevlax rayonunun Aşağı Qarxun kəndinin eyniadlı təmsilçisi ilk dəfə bu çempionatda mübarizə aparmaq üçün AFFA-ya müraciət edib.

“Qarxun“ komandasının Prezidenti Akif Rəhimli futbolinfo.az saytına bildirib ki, sponsor problemləri var və bu məsələnin tezliklə həll olunacağına inanır.

Klub prezidenti onu da vurğuladı ki, komanda hazırlıqlarını davam etdirir və bir sıra yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.

Qeyd edək ki, “Qarxun“ Futbol klubu Yevlaxın kənd və qəsəbələri arasında keçirilən sonuncu birinciliyinin qalibi olub.

BƏHRUZ MUSAYEV, Yevlax

Shares: