Azərbaycan boksçuları ABŞ-ın Pueblo şəhərində təşkil olunan beynəlxalq turnirdə daha 3 medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, 57 kq-da Ümid Rüstəmov çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər – Xinyan Vanq və Ping Lyunu məğlub edən idmançı finalda yerli ölkə təmsilçisi Julius Balloilə üz-üzə gəlib. Gərgin keçən döyüş Rüstəmovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Rəqibinə uduzan boksçu ikinci yerlə kifayətlənib.
92 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də turniri gümüş medalla bitirib. Dünya çempionatının mükafatçısı finalda Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla bacarmayıb.
Yarışa 6 boksçu ilə qatılan yığma yekunda 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Daha əvvəl Nəbi İsgəndərov (71 kq) 3-cü teri tutmuşdu.
Avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən milli komanda sentyabrın 17-də Bakıya qayıdacaq.