Fransanın “Nant” komandasının müdafiəçisi Jan-Şarl Kastelletto Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu. Amma ikinci yarıya yaxşı başlamadıq. Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. “Qarabağ” çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik”.