“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 2021/22 mövsümündə rəhbərlik etdiyi Rumıniyanın “Universitatya” (Krayova) klubundan bu yay istefaya göndərilməsi barədə iddialara münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis vəzifəsindən öz istəyilə ayrıldığını bildirib:
“Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb. Başqa səbəblər olub, sadəcə, indi bu barədə danışmağın mənası yoxdur. Klub prezidenti ilə yaxşı münasibətim var. Düşünürəm ki, əlimizdəki imkanlar daxilində çox yaxşı işlər gördüm. Həmin vaxt zədəli futbolçularımız da çox idi”.
Xatırladaq ki, Regekampf bu mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunub.