Bu gün Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün yeganə matçı “Qəbələ” ilə “Sumqayıt” arasında baş tutub.

Qəbələ şəhər stadionunda keçirilən oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər.

Turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
VII tur

17 sentyabr

“Qəbələ” – “Sumqayıt” 1:0
Qol: R.Maçado, 8.
Qırmızı vərəqə: R.Muradov, 84.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 16. Nicat Əliyev, 6. Feras Abu Akal, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 13. Aydın Bayramov, 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 3. Vurğun Hüseynov, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç.
Baş məşqçi: Aleksey Baqa.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp