Futbol üzrə Almaniya 3-cü liqasında 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Münhen 1860” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nazarov bu matçin iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ersgebirge” 9 turdan sonra 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp