Misli Premyer Liqasında VII tura start verilib.

Futbolinfo.az xəbər verir ki, “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən və “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyun bu komandanın kapitanı Elvin Camalov üçün əlamətdar olub.

Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Elvin, Azərbaycan çempionatında ilk qoluna imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp