İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Qavi ilə müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir. Qavini 2026-cı ildən tez transfer etmək istəyən klub olsa, bunun üçün “Barselona”ya 1 milyard avro təzminat ödəməlidir.

“Barselona”nın yetirməsi olan Qavi, bu komandada 54 oyuna 2 qol vurub. O, İspaniyanın əsas yığmasında da 10 oyun keçirib, 1 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp