“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu futbolçusu Bric Ndilunu icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək “Şole”nin formasını geyinəcək.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 2019-cu ildə “Laval”dan “Nant”a transfer olunmuş fransalı forvard, 2020-ci ildən cəlb olunduğu əsas komandada cəmi 8 matça çıxıb. O, ötən mövsümü də “Keviyi Ruan”da icarədə keçirib.

“Qarabağ” Avroliqanın qrup mərhələsinin 2-ci turunda Bakıda qarşılaşdığı “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı ikinci oyun oktyabrın 27-də Fransada baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp