“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir Azərbaycan millisində oynayacağı ilə bağlı gəzən xəbərlərə münasibət bildirib. O, futbolinfo.az saytına açıqlamasında bunları deyib:
“Hər hansı cavabım yoxdur. Bu barədə mənimlə əlaqə saxlayan olmayıb, heç kəs heç nə deməyib. Ona görə də nəsə deyə bilmərəm”.
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Abdulla Zubirin Azərbaycan yığmasında oynayacağı ilə bağlı xəbərlər var idi.