Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə görüşdə başa çatıb.

Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasında yenilib. Pireneylilər daha əvvəl 2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzmuşdular.

Xatırladaq ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

Shares: