Türkiyənin məşhur tennisçisi İpek Soylu karyerasını başa vurduğunu açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Soylu karyerasını hansı səbəbdən bitirdiyini açıqlamayıb.
İpek Soylu “Uimbldon” turnirinin əsas mərhələsində iştirak edən ilk türkiyəli idmançıdır. O, 2014-cü ildə isveçrəli Cil Belen Tayxmanla birlikdə cütlük yarışında ABŞ Açıq çempionatının (USA Open) qalib olub.