Braziliyalı yarımmüdafiəçi Allan “Everton”dan Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” klubuna keçib.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı braziliyalı ilə 2 illik müqavilə imzalanıb.

Allan 2020-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, əvvəllər Avropada “Napoli” və “Udineze” kimi komandaların da formasını geyinib.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqanın 28 oyununda 2 məhsuldar ötürmə edib, 7 sarı və 1 qırmızı vərəqə alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp