Futbol üzrə Braziliya milli komandasının sabiq yarımmüdafiəçisi Ramires karyerasını başa vurub.

Futbolinfo.az xəbər verir ki, təcrübəli oyunçu 35 yaşında futboldan getdiyini açıqlayıb.

Ramires son olaraq Braziliyanın “Palmeyras” klubunun formasını geyinib. O, 2020-ci ilin noyabrında sözügedən komandadan ayrılandan bəri klubsuz idi. Yarımmüdafiəçi daha öncə “Jiangsu”, “Çelsi”, “Benfika”, “Kruzeyro” və “Joinvil” klublarının da formasını geyinib. O, Braziliya yığmasında da 52 oyuna 4 qol vurub.

Shares: