“Hazırda bərpa ilə məşğulam. Artıq 5-ci ay olacaq”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov deyib.

Zədəli olan futbolçu hazırda müalicəsini davam etdirdiyini bildirib: “Hələ ki, qaçmağa qoymurlar. Qaçmağa başlasam, artıq vəziyyətin necə olduğunu biləcəm. Qığırdaq əməliyyatı da keçirdiyim üçün bir az uzandı. Ümid edirəm ki, tezliklə düzələrəm”.

Shares: