Milli komandaların oyunlarına görə yerli liqalarda yaranmış fasilə başa çatır. Avropa Liqasında “Qarabağ”ın rəqibləri olan “Frayburq”, “Nant” və “Olimpiakos” da bu gün və sabah növbəti oyunlarını keçirəcəklər.

“Frayburq” bu gün Almaniya Bundesliqasında 8-ci turun matçına çıxacaq. Onlar öz meydanlarında “Maynts”ı qəbul edəcəklər. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. 7 matçdan sonra “Frayburq” 14 xalla 4-cüdür.

“Nant” 9-cu turda “Monako”nun qonağı olacaqlar. Görüş oktyabrın 2-si Bakı vaxtı ilə saat 19.05-də start götürəcək. “Nant” 8 oyundan 7  xalla 15-ci yeri tutur.

“Olimpiakos” isə Yunanıstan Superliqasının 6-cı turunda komanda “Atromitos”u qəbul edəcək. Oyun sabah saat 17:00-da başlanacaq. “Olimpiakos” 5 oyundan 8 xalla 5-ci yeri tutur.

Xatırladaq ki, Misli Premyer Liqasının lideri olan “Qarabağ” özü isə 7-ci turda oyununu bu gün “Neftçi”yə qarşı keçirəcək.

Shares: