Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən Mingəçevir şəhərində “Kürü keçək” adlı suda kütləvi üzmə yarışı təşkil edilib.

Öncə yarışın açılış mərasimi təşkil edilib. Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzu edib. Sonra yarışa start verilib.

Kür çayının iki sahili arasında təşkil edilən “Kürü keçək?” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən 100-ə yaxın peşəkar və həvəskar idmançı qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblərin adına aydınlıq gəlib.
İlk üç yeri tutan idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

BƏHRUZ MUSAYEV, Mingəçevir

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp