Futbol üzrə Niderland birinci divizionunda 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Den Haaq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 19 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp