Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, onun yubileyi IX tura təsadüf edib.

“Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.

Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi bu klubda 3 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp