Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, həftənin oyunçusu adına ənənəvi olaraq 4 namizəd var.

Bunlar “Silkeborq”un (Danimarka) yarımmüdafiəçisi Sebastyan Yorgensen, “Yurqorden”in (İsveç) yarımmüdafiəçisi Qustav Vikheym, “Başakşəhər”in (Türkiyə) hücumçusu Stefano Okaka və “Fiorentina”nın (İtaliya) forvardı Nikolas Qonsalesdir.

Həftənin ən yaxşısı azarkeşlər arasında UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp