Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması səbəbi ilə “Qəbələ” klubu 1600 manat cərimə olunur. “Qəbələ”nin futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması səbəbi ilə “Neftçi” klubu 1600 manat cərimə olunur. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Zirə” – “Şamaxı” oyununda “Şamaxı”nın futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp