Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün ilk avtoqolu qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, Şamaxıda eyniadlı komanda ilə “Qəbələ” arasındakı oyunda meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev topu öz qapısından keçirib.

60-cı dəqiqədə qapı qarşısına edilən ötürmə əvvəlcə dirəyə, ardınca isə Nağıyevə dəyərək tora daxil olub.

“Şamaxı” – “Qəbələ” matçı 1:1 hesabıyla başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp