“Real” İspaniya La Liqasının 9-cu turu çərçivəsində baş tutacaq “Barselona” ilə oyuna ciddi itki ilə çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua “el klasiko”da forma geyinməyəcək.

Bunun səbəbi belçikalı qapıçının zədədən əziyyət çəkməsidir. Həkimlər tam bərpa olunmamış qolkiperlə bağlı riskə yol verməməyi məsləhət görüblər. Bu üzdən də prinsipial qarşılaşmada “Real”ın qapısını Andrey Lunin qoruyacaq.

Qeyd edək ki, derbi öncəsi hər iki komandanın 8 turdan sonra 7 qələbəsi və 1 heç-heçəsi var. “Barselona” yalnız top fərqinə görə əzəli rəqibini qabaqlayır.

Sabah keçiriləcək “Barselona” – “Real” matçına saat 18:15-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp