Futbol üzrə Polşa çempionatında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Legiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Visla” 13 turdan sonra 24 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp