“Qarabağ”ın monteneqrolu müdafiəçisi Marko Veşoviçin futbolinfo.az saytına müsahibəsi

  • “Olimpiakos”la heç-heçəni necə dəyərləndirirsən?
  • Düşünürəm ki, biz qələbəyə layiq idik. Lakin rəqib yaxşı müdafiə olundu. Nəticədə qol vura bilmədik.
  • Səfərdə 3:0 hesablı qələbədən sonra hamı “Qarabağ”dan Bakıda daha rahat qalibiyyət gözləyirdi. Nə dəyişdi ki, qalib gələ bilmədiniz?
  • Rəqib dəyişdi. Yunanıstandakı oyunla müqayisədə bu oyuna daha yaxşı hazırlaşmışdılar və meydanda daha mütəşəkkil idilər. Təcrübələrindən yararlandılar. Qol buraxmamaq üçün hər şey etdilər.
  • Artıq Konfrans Liqasının pley-off mərhələsində oynayacağınız dəqiqləşib…
  • Ardıcıl ikinci il qışdan sonra avrokuboklarda davam edəcəyimizi bilmək yaxşı haldır. Lakin biz güclü olmaq və Avropa Liqasında oynamaq istəyirik.
  • “Frayburq” son oyunda “Nant”a 4:0 hesabı ilə qalib gəldi. Səncə, alman klubu ilə mübarizədə qrup lideri olmaq mümkündür?
  • “Frayburq” çox yaxşı komandadır və qrupumuzda favoritdi. Düşünürəm ki, bu 2 oyuna diqqət yetirməli, hər oyunu ən vacibi kimi oynamalı və sonunda nə olacağını görəcəyik. İndidən hər şeyi hesablamaq doğru deyil.
  • Evdə “Nant”a 3:0 hesabı ilə qalib gəlmişdiz. Səfərdə eyni nəticəni təkrarlamaq mümkündür?
  • Hər şey mümkündür. Amma dediyim kimi, çətin oyun olacaq, biz bu oyuna çox yaxşı hazırlaşmalıyıq.
  • “Olimpiakos”la oyundan sonra rəqibin xorvat futbolçusu Şime Vraslko ilə şəkil çəkdirmisiz. Onunla tanışlığınız var?
  • Xeyr, mən onu əvvəllər tanımırdım, amma indi görüşüdük və deyə bilərəm ki, çox gözəl insandır. Oyundan sonra bir az danışdıq və bu qədər.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp