Türkiyənin 1-ci liqa təmsilçisi “Dənizlispor” xoşagəlməz hadisə ilə üzləşib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın oyunçularını daşıyan mikroavtobus aşıb.

Çempionatın son turunda – dünən səfərdə “Boluspor”a 0:3 hesabı ilə uduzan komanda matçın ardından Dənizliyə qayıdarkən hadisə baş verib. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Dərhal xəstəxanaya çatdırılan həmin şəxslərin həyati təhlükəsinin olmadığı açıqlanıb.

“Dənizlispor” hazırda 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp