Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk “5-lik”də Bakıda “Qarabağ” və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

Ən çox fanat isə “Mançester Yunayted” (İngiltərə) – “Omoniya” (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

“Qarabağ” – “Olimpiakos” qarşılaşmasında qalib müəyyənləşməyib – 0:0.

1665911673 r - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp