Bu mövsüm Avropa ölkələrinin çempionatlarında keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.

Futbolinfo.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

Ağdam klubu Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda “Düdelanj” (9), Yunanıstanda “Panatinaikos” (8), Ukraynada “Dnepr-1” (6) də çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Xatırladaq ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində oktyabrın 20-də “Turan Tovuz”u qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp