Avropa Liqasının “Twitter”dəki səhifəsi növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, Avropa futbol qurumu Ağdam klubunun Azərbaycan Premyer Liqasındakı 9 oyunun hamısında qələbə qazandığını xatırladıb.

“Qarabağ” son olaraq 10-cu turda “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Ölkə çempionunun 3-cü turda “Turan Tovuz”la matçı noyabrın 9-na təxirə salınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp