“Sabah”ın kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

  • “Zirə” ilə oyunda komanda sanki çətin qələbə qazandı. Dinamik oyun keçdi. Matç haqqında fikirlərin necədir?
  • Tam razıyam, çox dinamik oyun keçid. “Zirə” çempionatın iddialı klublarındandır. Çətin qalibiyyəti sırf bununla bağlayardım. Bir neçə qol epizodu olsa da, yalnız birindən yararlana bildik. Lakin əsas odur ki, 3 xalla matçdan ayrıldıq.
  • Komanda demək olar ki, “Qarabağ”dan başqa digər güclü rəqiblərinə qalib gəlib. Səncə, artıq birincilik üçün iddia etmək olar?
  • Biz hər oyuna qələbə üçün çıxırıq və matçdan matça fikirləşirik. Mövsümü hansı pillədə bitirəcəyimizi çempionat bitəndə görəcəyik.
  • Murad Musayevdən sonra komanda baxımlı futbolu ilə göz oxşayır. Bunun mövsümün sonuna qədər davam etməsi üçün nə lazımdır? Mövsümün sonunda real olaraq hansı pillədə görürsən komandanı?
  • Hazırda bu barədə düşünmək üçün tezdir. Çünki çempionatın yalnız 1/4 hissəsi geridə qalıb. Qarşıda bizi çox oyun gözləyir. Oyundan-oyuna təkmilləşmək üçün çalışırıq. Bayaq qeyd etdiyim kimi mövsümün sonunda görəcəyik.
  • Murad Musayev kifayət qədər adından söz etdirmiş məşqçidir. Sən onu Azərbaycana gəlmiş hansı məşqçi ilə müqayisə edərsən?
  • Murad Musayev yaxşı insan və güclü məşqçidir. Ümid edirəm ki, onunla istəklərimizə nail olacağıq.
  • Sonuncu dəfə Azərbaycana gələn ən uğurlu məşqçilərdən biri Roman Qriqorçuk idi. Onunla Murad Musayevi müqayisə edə bilərsən?
  • Hər iki məşqçinin özünəməxsus xarakteri, oyun tərzi olur. Ona görə bu məşqçiləri müqayisə etmək istəməzdim.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp