Cari mövsümdə avrokuboklarda ən az qol buraxan komandalar bəlli olub.

Futbolinfo.az xəbər verir ki, “10-luq”da Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin ilk 4 turunda qapısında cəmi iki qol görüb. Bu, “Qarabağ”ın ilk turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

Siyahıda Ağdam təmsilçisinin rəqibi “Frayburq” da var. Bundesliqada klubunun qapısından yeganə topu məhz “Qarabağ” keçirib.

İlk iki pillədə qapısından qol buraxmayan Türkiyənin “Başakşəhər” və Belçikanın “Bürügge” komandaları qərarlaşıb.

1666078719 0bef7804 91b7 39d1 8c52 defa64f80fe5 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp