Futzal üzrə Azərbaycan millisinin və “Araz Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

31 yaşlı qolkiperin “Atırau” klubuna keçdiyi diqqətə çatdırılıb. O, icarə əsasında sözügedən komandada çıxış edəcək.

Xatırladaq ki, Rövşən Hüseynli daha əvvəl Rusiya “Torpedo”sunun da formasını geyinib.

Shares: