Futbol üzrə Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kante bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, bud nahiyyəsində zədəsi olan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunub.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli oyunçunun təqribən 4 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması Avstraliya, Danimarka və Tunislə birlikdə H qrupunda mübarizə aparacaq.