Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada “Viktoriya” (Plzen) və İspaniya “Barselona”sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin 6-cı tur matçında UEFA nümayəndəsi olacaq.
Noyabrın 1-də baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.