“Neftçi”nin zədəli yarımmüdafiəçisi Sezar Meza Kolli son vəziyyətindən danışıb. Futbolinfo.az-a açıqlama verən təcrübəli futbolçu hər şeyin yaxşılığa doğru getdiyini bildirib:
“Hələ ki, bərpa prosesi davam edir və özümü yaxşı hiss edirəm. Bərpa prosesini ən tez zamanda başa vurub Bakıya qayıtmaq istəyirəm”.
Qeyd edək ki, Sezar Meza Kolli “Neftçi”nin Türkiyənin Bolu şəhərində keçirdiyi təlim-məşq toplanışı zamanı zədələnmişdi. O, dizindən əməliyyat olunmuşdu.
Meza Kollinin durumu necədir?
Shares: